Şahmatın hər fiquru tarixi abidəmizi əks etdirir - Video

Azərbaycanlı oymaçı-rəssam yeniliyə, daha dəqiq desək, bir ilkə imza atıb.

Xezerxeber.az-ın məlumatına görə, o, milli şahmat düzəldib. Şahmatın hər fiquru tarixi abidəmizi əks etdirir.

Oymaçı- rəssam Azər Əsədov deyir ki, tədbirlərdən birində başqa ölkələrdən gələn qonaqlara şahmat hədiyyə edilib. Hədiyyənin üzərində nə Azərbaycan sözü olub, nə də şahmatın ölkəmizə aid olduğunu bildirən hansısa nişan. Elə bu, sənətkarı düşünməyə vadar edir və tez bir zamanda öz ideyasını gerçəkləşdirir.

O, təxminən 1-2 aya müəllifi olduğu milli şahmatları satışa çıxarmağı planlaşdırır.

Amma hələlik dəqiq qiyməti müəyyənləşdirməyib. O, dəyərli bir işin üzərində də çalışdığını əlavə edib.

Azərbaycanlı sənətkarın yeni işi nəinki yerli, hətta dünyanın bir çox ölkələrindən ölkəmizə gələn turistləri də mat qoyacaq.

AzNews.az