“Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç beynəlxalq axtarışa verilib. “Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç beynəlxalq axtarışa verilib.

“Bank Standard”ın keçmiş rəhbəri beynəlxalq axtarışa verilib

“Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç beynəlxalq axtarışa verilib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, S. Kriman ölkədə olmadığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda S. Krimanın saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kriman Səlim Eldaroviç “Bank Standard”ın Müşahidə Şurasının 22 sentyabr 2014-cü il tarixli qərarı ilə İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Xatırladaq ki, bu gün Baş Prokurorluq “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz və “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Eminin həbs olunması ilə bağlı məlumat yayıb. Sözügedən hər iki şəxs “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla külli miqdarda pul kreditə götürərək öz aralarında bölüblər.