Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə dəfn olunub. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə dəfn olunub.

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olundu - Yenilənib

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə dəfn olunub.

AzNews.az xəbər verir ki, o, I Fəxri xiyabanda torpağa tapşırılıb.

***

11:34

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayır.

"Report" xəbər verir ki, onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edəcək.

Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Onun cənazəsi ötən gecə Bakıya gətirilib.

AzNews.az