Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində barda tanış olduğu və bir müddət bir yerdə yaşadığı qadını öldürməkdə təqsirləndirilən 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində barda tanış olduğu və bir müddət bir yerdə yaşadığı qadını öldürməkdə təqsirləndirilən 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sevgilisini öldürən kişinin məhkəməsi başlayıb - Necə baş verdiyini bilmir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində barda tanış olduğu və bir müddət bir yerdə yaşadığı qadını öldürməkdə təqsirləndirilən 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. Bildirib ki, içkili olublar və hadisənin necə baş verdiyini bilmir.

Proses oktyabrın 12-də davam edəcək.

Qeyd edək ki, bu ilin iyun ayında 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin evində İlahə Şahbazovanın meyiti tapılıb. S. Vorobyov həmin qadınla barda də tanış olduğunu, sonra birlikdə yaşadıqlarını deyib. S. Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan onun qətl törətdiyi üzə çıxıb.

AzNews.az