“Azərbaycan əhalisi sağlamdır” - Səlim Müslümov

"Azərbaycan əhalisinin 6 faizinin sağlamlıq imkanları məhduddur, bu, dünyada çox aşağı göstəricilərdən biridir".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.

O bildirib ki, ümumiyyətlə Azərbaycan əhalisi sağlam əhalidir: "Bizim millət sağlam millətdir. Azərbaycan əhalisi nisbətən gənc əhalidir. Azərbaycanda əlilliyi olan şəxslərin çoxu torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində xəsarət alanlardır" .

AzNews.az