Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə həyata keçirdiyi "Bakıdan Türk Dünyasına" adlı layihə çərçivəsində nəşr olunan "Yeni Qazax Şeiri Antalogiyası" kitabının təqdimat mərasimi keçirilib. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə həyata keçirdiyi "Bakıdan Türk Dünyasına" adlı layihə çərçivəsində nəşr olunan "Yeni Qazax Şeiri Antalogiyası" kitabının təqdimat mərasimi keçirilib.

"Yeni Qazax Şeiri Antalogiyası" kitabının təqdimat mərasimindən Foto + Video

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə həyata keçirdiyi "Bakıdan Türk Dünyasına" adlı layihə çərçivəsində nəşr olunan "Yeni Qazax Şeiri Antalogiyası" kitabının təqdimat mərasimi keçirilib.

AzNews.az SİA-ya istinadən xəbər verir ki, tədbir "Kaspi" qəzetinin təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində "Kaspi" qəzetinin təsisçisi, əməkdar jurnalist Sona Vəliyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Dünya Türk Gənc Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, media kapitanları, Türkiyə, Qazaxıstan, Tatarıstan, Qırğızıstan, Saxa Yakutiyadan olan şair və jurnalistlər iştirak ediblər.

Tədbirdə ilk çıxış edən "Kaspi" qəzetinin təsisçisi, əməkdar jurnalist Sona Vəliyeva qonaqları salamlayaraq belə bir kitabın ərsəyə gəlməsinə görə qazaxıstanlı şairlərə təşəkkürünü bildirib.

S.Vəliyeva bildirib ki, poeziya qəlbin, fikrin aynasıdır: "Biz sizin fikirlərinizi Azərbaycan oxucularına çatdırdığımıza görə, çox şadıq. Artıq poeziya həvəskarları sizin şeirlərinizi tək kitabdan deyil, Kaspi.az saytından da oxuya bikəcəklər. Beləliklə də bu şeirlər da daha geniş oxucu auditoriyasına yayılacaq".

Əməkdar jurnalist söyləyib ki, tərcümə əslində böyük mədəniyyətdir və bəzən bu işlə məşğul olanlar müəyyən çətinliklərlə üzləşirlər: "Amma bizim tərcüməçilər sizin şeirlərinizi tərcümə etməkdə çətinlik çəkmədilər. Çünki bu şeirlərdə dostluq, türkçülük və digər dəyərlər öz əksini tapıb".

Qazaxıstan-Azərbaycan dostluğunu 25 illik yubileyi münasibətilə bir müddət öncə Qazaxıstana səfər etdiyini xatırladan S.Vəliyeva bu ölkənin inkişafından söz açıb: "Ümid edirəm ki iki ölkə arasında əməkdaşlıq ədəbiyyat sahəsində də özünü göstərəcək. Biz belə kitabların davamlı olmasına çox şad olarıq. İstədiyiniz vaxt Bakıya gələ bilərsiniz. Kitaba görə bir daha sizə təşəkkür edirəm".

Təqdimatda çıxış edən Qazaxıstanlı şair, əməkdar mədəniyyət işçisi Almas Ahmetbekuli yüksək qonaqpərvərliyə görə hər kəsə təşəkkürünü bildirib: "Səfər zamanı biz Bakı və buradakı insanlarla yaxından tanış olduq. Biz ölkəmizə qayıtdıqdan sonra burada keçirdiyimiz görüşlər haqqında yazıb həmvətənlərimizə çatdıracağıq".

Çıxışından sonra qazaxıstanlı şair Sona Vəliyevaya və Umud Rəhimoğluya ölkəsinin Gənclər və İdman Nazirliyinin təşəkkürnaməsini təqdim edib.

Çıxış edən Umud Rəhimoğlu söyləyib ki, poeziyanın dili, dini yoxdur.

Kitabın nəşrinə görə DTGYB-nə təşəkkürünü bildirən qurum sədri kitabı türk dövlətlərinin ədəbiyyatına mühüm töhfə olduğunu dilə gətirib.

Təqdimatda fikir söyləyən digər natiqlər kitabın tarixi əhəmiyyətə malik və türk dünyası üçün önəm daşıdığını dilə gətiriblər.

Yekunda çıxış edən S.Vəliyeva bu əlaqələrin davamlı olmasının mühümlüyünü qeyd edib: "Əlaqələrimiz davamlı olmalıdır. Vaxt tapdıqca Bakıya gəlin. Azərbaycanda bir söz var hər zaman gözümüz üstündə yeriniz var".

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

image description image description image description image description image description image description image description