Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı hərbi qulluqçulara ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Kənan Əlihüseyn oğlu Seyidova

general-mayor Ağamir Əzizxan oğlu Sultanova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə

polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə

polkovnik Anar Tofiq oğlu Hüseynova

polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova

“kontr-admiral” ali hərbi rütbəsi

1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.