Dövlət qulluqçusu olmaq istəyənlərin diqqətinə!

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 17 dekabr 2017-ci il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

AzNews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.