Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında sədr Hadı Rəcəbli ölkədə I gözdən əlillərin təhsil haqqından azad edilməsini təklif edib. Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında sədr Hadı Rəcəbli ölkədə I gözdən əlillərin təhsil haqqından azad edilməsini təklif edib.

Gözdən əlillər təhsil haqqından azad edilə bilər

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında sədr Hadı Rəcəbli ölkədə I gözdən əlillərin təhsil haqqından azad edilməsini təklif edib.

APA-nın məlumatına görə, H. Rcəbli bildirib ki, I qrup gözdən əlillərin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi variantına baxıla bilər.

“Bu günlərdə qəbuluma I qrup gözdən əlil olan 2 nəfər gəldi. Onların ikisi Konservatoriyaya daxil olub, ancaq görmürlər. Hər ikisinin illik təhsil haqqı təxminən 2000 manatdır. Mənim hesablamalarıma görə, ali təhsil ocaqlarında 18 nəfər gözdən əlil təhsil alır. Biz müvafiq dövlət qurumları ilə danışa bilərik. Onların təhsil haqlarının maliyyə tutumu çox olmayacaq. Bu vəsait bir ildə təxminən 100 min manatdan çox etməyəcək. Ola bilər ki, gələn sessiya da bu məsələ barəsində düşünək. Çalışaq ki, o qrup insanların da problemi həll edilsin", - deyə H. Rəcəbli söyləyib.

Deputat qeyd edib ki, I qrup gözdən əlillərə digər qruplar üzrə əlillərdən 2 dəfə çox müavinət verilir: "Onlar əmək pensiyasına çıxanda da belədir. Digər hallarda da onlara imtiyazlar verilir. Düşünürəm ki, bu barədə gələn sessiya da düşünək".

AzNews.az