Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Xızıda yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Xızıda yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 195 PHS aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Xızıda yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb.

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, dekabrın 18-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 195 ədəd partlamamış hərbi sursat (PHS), 281 ədəd partlamış-yanmış mərmi qalıqları və 999 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 112 000 kv.m (11.20 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

image description image description image description