- Köhnə - Cəmiyyət
- 4 Mart 2013 10:08
- 1 931
Müdafiə Nazirliyi ölən və minaya düşən əsgərlərlə bağlı rəsmi açıqlama yaydı
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 3-də saat 21.50-də N saylı hərbi hissənin əsgəri 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb, nəticədə o. aldığı güllə yarasından dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi başlanılaraq, istintaq araşdırması aparılır.
Martın 3-də N saylı hərbi hissəsinin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim Rauf oğlu piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.
AzNews.az