Bakıda qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib. Bakıda qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Qayınını öldürmək istəyənin cəzası azaldıldı

Bakıda qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

“Ölkə.Az”ın məlumatına görə, Ali Məhkəməyə müraciət edən M.Fəsədov barəsində yüngül cəza təyin edilməsini istəyib.

Ali Məhkəmədə keçiriləcək iclas martın 6-na təyin edilib. Şikayətə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2016-cı il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn yeznəsi, qəsəbə sakini M.Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, M.Fəsədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, M.Fəsədovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.

AzNews.az