Azərbaycandan xarici ölkələrə edilən yardımların miqdarı açıqlanıb

2017-ci ildə Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə 1 523 902 ABŞ dolları məbləğində yardım göstərilib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu yardımlar xarici ölkələrə inkişaf naminə və humanitar məqsədlə edilib.