Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib. Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatdı

Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

AzNews.az xəbər verir ki, qurultayda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin keçmiş üzvləri sədarəti təşkil ediblər. 3 nəfərdən ibarət Katiblik yaradılıb, 3 nəfərdən ibarət Mandat komissiyası, 5 nəfərdən ibarət Say komissiyası formalaşıb. Daha sonra qurultayın reqlament və gündəliyi təsdiqlənib.

Mətbuat Şurası (MŞ) sədri Əflatun Amaşov hesabat – məruzə ilə çıxış edib.

O bildirib ki, ilk qurultaydan bu günə kimi Mətbuat Şurası mərhələli şəkildə inkişaf yolu keçib: “Medianın iqtisadı durumunun yaxşılaşdırılması, jurnalistlərin mənzil - məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət dəstəyi mövcuddur”.

MŞ sədri qeyd edib ki, ötən dövrdə Mətbuat Şurasının Şikayətlər Komissiyasında 932 şikayətindən 711-i araşdırılıb: “Şikayətlərdən 584-ü Komissiyada həllini tapıb. İdarə Heyətinin 134 qərarında isə Kütləvi İnformasiya Vasitələrinin peşə etikasına etinasızlıq etməsi göstərilib”.

Mətbuat Şurası tərəfindən prezident, parlament və bələdiyyə seçkilərində jurnalistlərin fəaliyyətinin monitorinqinin aparıldığını xatırladan Ə. Amaşov bildirib ki, Şuranın təşkilatçılığı ilə keçirilən tədbirlər cəmiyyətdə söz və mətbuat azadlığının dərinləşməsinə həsr olunub, Şurada xarici media orqanlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas reket jurnalistlərinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini ifadə edib.

Çıxışçılar Mətbuat Şurası sədrinin və Nəzarət – Təftiş Komissiyalarının hesabatlarını qənaətbəxş hesab ediblər.

Hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın sədri və İdarə Heyətinin yeni tərkibi seçilib.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib.