Tbilisi meri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi - Foto

Tbilisi meri Kaxa Kaladze Novruz bayramı ilə əlaqədar M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkib.

AzNews.az APA-a istinadən xəbər verir ki, mer azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edərək onlara xoş arzular diləyib.

K. Kaladze deyib ki, Tbilisi müxtəlif millət və dinləri təmsil edən insanların birgə yaşaması baxımından ən yaxşı nümunədir: "Novruz bayramı münasibətilə sizi təbrik edirəm və sizə sülh və çiçəklənmə arzu edirəm".

K.Kaladze ilə görüşdə azərbaycanlı ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə "Ceyran" rəqs ansamblının ifasında Azərbaycanın milli "Sarı gəlin" rəqsi təqdim olunub.