Millət vəkili Q.Paşayeva Milli Məclisdə əlillərin hüquqları və sosial reklamlarla bağlı təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayeva Milli Məclisdə əlillərin hüquqları və sosial reklamlarla bağlı təkliflərlə çıxış edib.

Millət vəkilindən əlillərin hüquqları ilə bağlı yeni təkliflər - Video

Millət vəkili Q.Paşayeva Milli Məclisdə əlillərin hüquqları və sosial reklamlarla bağlı təkliflərlə çıxış edib.

AzNews.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinin ikinci oxunuşda müzakirələri zamanı əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb: “Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir”.

Millət vəkili yeni qanun layihəsində əlillərin əmək hüquqları məsələsinə ciddi önəm verilməli və bu istiqamətdə qanunların həyata keçirilməsi mexanizmlərinin gücləndirilməli olduğunu qeyd edib:

“Eyni zamanda nəqliyyat vasitələrində metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir və onların nəqliyyatdan istifadə edə bilmək hüquqları ilə bağlı ciddi işlər görülməlidir. Eyni zamanlarda yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir və ciddi problemlər aradan qaldırılmalıdır. Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki, müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək. Çünki buna ciddi ehtiyac var”, - deyə Q. Paşayeva qeyd edib. Millət vəkili Q. Paşayeva "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə layihə haqqında reklamlarla bağlı qanunvericilikdə edilən dəyişikliklərin müzakirəsi zamanı da çıxış edib, müxtəlif təklif və iradlarını səsləndirib.

Millət vəkili Qənirə Paşayeva sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayırıb. O bildirib ki, sosial reklamların televiziyalarda qanunvericilikdə öz əksini tapdığı şəkildə yayımlanması vacibdir:

"Səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklamların və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə, maaarifləndirmədə xüsusi bir yeri var. Amma biz onları nadir görürük təəssüf ki… Millət vəkili sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayıraraq bildirib ki, sosial reklamların tez-tez yayımlanması məsələsi çox vacibdir. Əhalinin maarifləndirilməsində sosial reklamların böyük əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva televiziyalar sosial reklamları tez-tez yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin, maarifləndirmənin daha geniş yayılmasına ciddi təkan verə bilər. Bəzi ölkələrin sosial reklamlarla bağlı təcrübəsini misal gətirən millət vəkili Qənirə Paşayeva Azərbaycanda da sosial reklamlar bağlı məsələnin ciddi şəkildə öz həllini tapmasının vacibliyini vurğulayıb. Sosial reklamlar və əhalinin daha geniş maarifləndirilməsi üsullarına toxunan Q.Paşayeva KİV-i də bu məsələyə daha geniş önəm və yer verməyə çağırıb. "Əhalinin tibbi maarifləndirilməsinin, ailə ddəyərlərinin, təhsilin ciddi şəkildə təbliği bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və onlarla bağlı sosial reklamların sayı artmalıdır və tez-tez yayımlanmalıdır”.

Millət vəkili Qənirə Paşayeva bəzi xarici və yerli ölkə həkimlərin, bəzi tibb müəsisələrinin doğru olmayan reklamı zamanı əhalinin aldadıldığına da diqqət çəkib. ”Elə xəstəliklər var ki, onların müalicəsi asan deyil və həkim hələ xəstəni görmədən reklam edərək insanlara filan-filan xəstəliklərdən qısa zamanda tam xilas olmaq istəyirsənsə filankəs həkimə, filan klinikaya müraciət et kimi reklamlardan sonra, xəstələr qısa zamanda o xəstəlikdən xilas ola bilməyəndə ciddi narazılıq və inamsızlıq başlayır. Dünyanın inkişaf edən ölkələrində həkimlərin və klinikaların bu formada reklam olunmasına icazə verməzlər bu cür reklamlar insanları doğru bilgiləndirəcək şəkildə qurulmalıdır. Bizdə də bu məhz bu cür tənzimlənməlidir. Biz onların reklam olunmaq istəyinə qarşı deyilik, amma reklam doğru şəkildə qurulmalıdır ki, vətəndaşlarımız yanılmasınlar və onların mənafeyi qorunsun. Millət vəkili dərmanlarla bağlı reklam məsələsinə də ciddi diqqət verilməli olduğunu deyib və bu sahədə olan bugünkü vəziyyətin düzəlməsi üçün təkliflərlə çıxış edib.