Bağçada az yaşlı uşağa işgəncə verən müəllimə Füruzə Tağıyeva həbs oluna bilər. Bağçada az yaşlı uşağa işgəncə verən müəllimə Füruzə Tağıyeva həbs oluna bilər.

O müəlliməyə 5 il iş verilə bilər - Hüquqşünas

Bağçada az yaşlı uşağa işgəncə verən müəllimə Füruzə Tağıyeva həbs oluna bilər.

Bunu AzNews.az-a açıqlamasında hüquqşünas Fariz Əkbərov deyib. O, qeyd edib ki, Cinayət Məcəlləsinin 133-cü maddəsinə görə, Füruzə Tağıyevaya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər:

“Yetkinlik yaşına çatmayan və köməksiz vəziyyətdə olan şəxsə qarşı cinayət törədildikdə 2 ildən 5 ilə kimi cəza tətbiq edilir”.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçi Füruzə Tağıyevanın azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı videokadrlar yayılıb. Hazırda bununla bağlı Yasamal rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə cinayət işi başlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az