Ermənilər Ağdamın Çıraqlı kəndini atəşə tutub

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal əraizdən uzaqlaşa biliblər.

Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb.