Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Tbilisinin Poniçala qəsəbəsi və Qardabani rayonunun Qaracalar kəndində xüsusi əməliyyat həyata keçirilib. Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Tbilisinin Poniçala qəsəbəsi və Qardabani rayonunun Qaracalar kəndində xüsusi əməliyyat həyata keçirilib.

Gürcüstanda narkotik alverində şübhəli bilinən 7 azərbaycanlı saxlanılıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Tbilisinin Poniçala qəsəbəsi və Qardabani rayonunun Qaracalar kəndində xüsusi əməliyyat həyata keçirilib.

APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nəticədə narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin evlərində aparılmış axtarış zamanı 18 bağlama heroin, 2 tapança, 1 ov tüfəngi, müxtəlif narkotik vasitələr, 10 010 lari, 26 200 dollar və 65 000 rus rublu müsadirə olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.