Şəhid əsgər Qəbələdə dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan əsgəri Səməd Alışov bu gün doğulduğu Qəbələ rayonunda dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, 1999-cu il təvəllüdlü Alışov Səməd Anar oğlu rayonun Ziring kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Şəhid yaylım atəşi altında dəfn olunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.