Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib. Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib.

Şəki məktəblisi 700 bal topladı

Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib.

AzNews.az modern.az-a istinadən xəbər verir ki, 700 bal toplayan abituriyentlərdən biri də Şəki məktəblisidir. Belə ki, Şəki şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseyinin məzunu Nərmin İsmayılova Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 bal toplayıb.

III ixtisas qrupu üzrə 700 mal toplayan digər 2 abituriyent Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü lisey və Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbinin məzunudur.

İmtahanda II ixtisas qrupu üzrə isə Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu 700 bal toplayıb.