Mehbalı Əliyevin kürəkəni işdən çıxarıldı Mehbalı Əliyevin kürəkəni işdən çıxarıldı

Ramil Usubovdan keçmiş icra başçısına zərbə

Mehbalı Əliyevin kürəkəni işdən çıxarıldı



Daxili işlər naziri Ramil Usubov Nizami rayonunun keçmiş icra başçısı Mehbalı Əliyevin kürəkənin tutduğu vəzifədən azad olunması haqda sərəncam imzalayıb.
Bununla bağlı AzNews.az-a daxil olan mənbənin sözlərinə görə, Mehbalı Əliyevin kürəkəni Sahib Əliyev Binəqədi rayonu 6-cı polis bölməsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb.

Onun təyin olunduğu yeni vəzifə haqda da məlumatlara malikik. Belə ki, Sahib Əliyev kiçik vəzifəyə təyinat alıb. O, bundan sonra Mehdiabad qəsəbəsində yeni yaradılmış Polis Bölməsində inspektor kimi çalışacaq.

Orxan
AzNews.az