Dünyasını dəyişmiş əsgər valideynlərindən prezidentə MƏKTUB

Hərbi hissələrdə xidməti vəzifələrini yerinə yetirərkən naməlum şəraitdə dünyasını dəyişmiş əsgərlərin valideynləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər:

Həmin müraciəti təqdim edirik:

"Hörmətli Prezidenti,cənab Ali Baş Komandan!

Biz atəşkəs dövründə hərbi xidmətdə xidməti vəzifəsini yerinə yetirərkən müəmmalı şəraitdə dünyasını dəyişmiş əsgər valideynləri sizə müraciət edirik. Artıq 20 ildən yuxarıdır ki,düşmənlə üz-üzə müharibə şəraitində yaşayırıq.Torpaqlarımızın 20%-i işğal olunub.Bununla yanaşı ordudan mütəmadi olaraq ölüm xəbərləri eşidirik.Başa düşürük ki,müharibədir,onlar hər an şəhid ola bilərlər.Biz bunu gözümüzün qabağına alırıq.

Biz övladlarımızi hərbi xidmətə yola salarkən onları milli vətənpərvərlik ruhunda hər zaman Vətənimizi sevməyi,onun keşiyində sayıq durmaqla yanaşı,eyni zamanda lazım gələrsə canlarından belə keçməyi tövsiyə edirik.Təbii ki övladlarimiz xidməti vəzifəsini yerinə yetirərkən həyatlarını itirdikdə biz bununla barışmalı oluruq.

Təki Vətən sağ olsun!

Lakin eyni zamanda baş vermiş hər bir hadisənin ədalətli araşdırılmasını tələb edirik.Ədalətli araşdırılma tələb etmək bİzim haqqımızdır. Baş vermiş hər bir hadisə diqqətlə araşdırılmalı,düzgün məlumat verilməlidir. Amma çox təəssüflər olsun ki,indiyədək keçirilmiş istintaq və məhkəmə orqanlarinin gedişindən narazıyıq.Xüsusi ilə də hərbi prokurorluq orqanları əməkdaşlarının apardıqları istintaqın gedişi bizi heç qane edə bilməz.Bizim haqli tələblərimizə və bildirdiyimiz iradlara düz-əməlli cavab vermək əvəzinə bizi açıq-aşkar aldadırlar.Məhkəmələrdə isə ölüm hallarının hansı səbəblərdən törənmə ehtimalına qiymət verilməsi əvəzinə nə səbəbdənsə əsas faktlari ört-basdır edərək həm bizi,həm də sizi aldadirlar.Elə bu səbəblərdən istintaqın və məhkəmələrin qeyri-obyektiv hərəkətlərinə.haqsızlıqlarına dözməyərək əsgər valideynlərindən Məmmədov Etibar Hüseyn oğlu ,Suanverdiyev Radbel Xudu oğlu.Quliyev Etibar Əbdürrəhman oğlu dünyasını dəyişiblər.

Hörmətli Prezident,cənab Ali Baş Komandan!

Biz əsgər valideynləri bu ədalətsizliklərə etirazımızı bildirməklə yanaşı,eyni zamanda bu əməliyyatların hərbi prokurorluq orqanlarından alınıb Baş Prokurorluğa və yaxud digər istintaq orqanlarına verilməsini xahiş edirik.Biz sizə inanırıq ki,haqq-ədalət öz yerini tapacaq.

Hərbi hissələrdə xidməti vəzifələrini yerinə yetirərkən naməlum şəraitdə dünyasını dəyişmiş əsgərlərin valideynləri:

1. Məmmədov Sadiq Etibar oğlunun anası Məmmədova Aynur İbad qızı
2.Əzizov Elxan Bəyalı oğlunun atası Əzizov Bəyalı Köçalı
3Quliyev Zakir Etibar oğlunun ailəsi
4.Xosverov Ramazan Abdulla oğlunun atası Xosverov Abdulla Ramazan oğlu
5.Hüseynov Əhməd Əhmədəli oğlunun atası Hüseynov Əhmədəli Məhəmmədəli oğlu
6.Quliyev Naib Fəxrəddin oğlunun atası Quliyev Fəxrəddin Bayramqulu oğlu
7.Kərimov Əfqan Yaşar oğlunun atası Kərimov Yaşar Cərulla oğlu
8.Cavadzadə Cavidin anası Cavadova Rəsmiyyə Əli qızı 9.Suanverdiyev Nurlan Radvel oğlunun ailəsi 10.Kərimbəyli Elçin Əli oğlunun atası Kərimbəyli Əli
11.Əliyev Elxan Elfat oğlunun anasi Aslanova Gülşən Bahadur qızı
12.Hacıyev Kamran Coşqun oğlunun atası Hacıyev Coşqun Cumalı oğlu
13.İsgəndərli Pərviz Cahan oğlunun anası İsgəndərova Kifayət Əli qızı
14.Novruzov Eldar Qədir oğlunun atasi Novruzov Qədir
15.Novruzov Elşən Nəriman oğlunun anası Novruzova Səlbi Babacan qızı
16.İbayev İsmayıl Rafiq oğlunun anasi Məmmədova İradə Mərdan qızı"

AzNews.az