Kişilərin ölümündə üstünlük təşkil edən xəstəliklər - VİDEO

Dünyanın 40 ölkəsinin kardioloq və ürək cərrahları Bakıya toplaşıb. Məqsəd "Bakı ürək günləri" beynəlxalq konqresində iştirak etməkdir.


Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib ki, beynəlxalq konqresin keçirilməsinin əsas məqsədi ölkədə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaqdır. Kamran Musayev Azərbaycanda ürək-damar xəstəliklərinin səviyyəsindən də danışıb: "Ümumdünya Səhiyyə Təşkilatının statiktisasına nəzər salsaq, ürək-damar xəstəlikləri ölümə səbəb olan birinci amildir. İkinci yerdə isə onkoloji xəstəliklər gəlir. Amma ürək-damar ölümləri onkolojidən iki dəfə çoxdur. Yaşlılar arasında kişilərlə qadanlar bir o qədər də fərqlənmir. Amma gənclərdə kişilər çoxluq təşkil edir".//anspress//

AzNews.az