"Apardığımız islahatların ictimailəşdirilməsini istəmirəm" "Apardığımız islahatların ictimailəşdirilməsini istəmirəm"

Nazir jurnalistlərdən xahiş etdi

"Apardığımız islahatların ictimailəşdirilməsini istəmirəm"



Təhsil naziri Mikayıl Cabbarov nazirlikdə aparılan struktur dəyişiklərinin mediada qabardılmasını istəmir.

Nazir jurnalistlərlə söhbətində kadr dəyişikliyi barədə danışarkən mətbuata müraciət edib: "Media nümayəndələrindən də xahiş etmək istəyirəm ki, bu məsələləri o qədər də qabartmasınlar. Biz bilirik ki, ictimaiyyətin və medianın təhsil sahəsində olan vəziyyətə və təhsil sahəsinə böyük gözləntiləri var. Artıq müəyyən işlər həyata keçirilir. Bu işlər təbii olaraq struktur dəyişikləri tələb edir. Yeni təyinatlar var. Sadəcə olaraq bu məsələlərin ictimailəşdirilməsi və yaxud siyasiləşdirilməsinin tərəfdarı deyiləm. Məqsəd ondan ibarətdir ki, Azərbaycan təhsilinin keyfiyyəti yüksəlsin".

Bunun üçün siyasi iradənin olduğunu deyən nazir "Əlimizdən gələn hər bir addımı atacağıq. Azərbaycanın təhsil sistemində mövcud qanunvericiliyə riayət olunması istər müəllimlərin işə qəbul olunması sahəsində, istərsə də digər məsələlərdə qanunvericiliyin tətbiqini tələb edəcəyik və buna nail olacağıq".

AzNews.az