Xalidə Xalid Azərbaycan səfirliyinə təhvil verildi - VİDEO

İranda saxlanılan Azərbaycan vətəndaşları Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Azərbaycanın İrandakı səfirliyinə təhvil verilib.

Vətəndaşlarımızın vəziyyəti və onların Bakıya nə vaxt göndəriləcəyi haqda Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov məlumat verib: "Azərbaycan vətəndaşları Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Azərbaycanın İrandakı səfirliyinə təhvil verildi. Vəziyyətləri və sağlamlıqları normaldır. Allah qoysa, sabah onları vətənə yola salacağıq".

Xatırladaq ki, azərbaycanlıların azad olunması ilə bağlı razılıq bütün Qafqazin şeyxi, Hacı Allahşükür Paşazadənin İran səfəri zamanı əldə olunmuşdu. //anspress//



AzNews.az