İcra başçısı bələdiyyə sədrini uzunqulağa bənzətdi – ŞOK VİDEO

Bu gün Qusar rayon icra başçısı Şair Alxasov Hil kəndində qəbul keçirib.
AzNews.az-a daxil olan məlumata görə, əhali ilə görüşdə maraqlı hadisə baş verib. Belə ki, icra başçısı görüşdə kənd bələdiyyəsinin sədrini təhqir edərək, onu eşşəyə bənzədib.
Rayonun mövcud problemlərini müzakirə edən icra başçısı sakinlərin şikayətlərini dinləyərkən, aidiyyəti qurumların rəhbərlərini də mikrofon qarşısına çıxarıb və onların kənd sakinlərinin şikayətlərinə cavab verməsini istəyib. Kəndin Hil kəndinin sakinləri bələdiyyə sədrindən şikayət edib, onun heç bir iş görmədiyini bildiriblər.
Şikayətləri dinləyən icra başçısı Ş.Alxasov bələdiyyə sədrini mikrofon önünə çıxarıb, kənd sakinlərinin ittihamlarına cavab verməsini istəyib. Başçı "Nə iş görmüsən?" sualına cavab verə bilməyən bələdiyyə sədri Ş.Alxasovun gözlənilməz reaksiyasına tuş gəlib. Rayon icra başçısı sualını cavabsız qoyan kənd bələdiyyəsinin sədrinə təhjquramiz ifadələr işlədib.

Qeyd edək ki, bələdiyyələr seçki orqanlar olub, icra hakimiyyətlərinə heç bir tabeçilikləri yoxdur.





Ruhiyyə
AzNews.az