Hüseyn Abdullayevin vəkilindən sərt açıqlama

"İnterpolu məhkəməyə verəcəyik"


Barəsində İnterpol vasitəsilə axtarış elan edilmiş sabiq deputat Hüseyn Abdullayevin hansı vergi cinayətində ittiham edilməsi hələ də açıqlanmayıb. H.Abdullayevin vəkili Kamandar Nəsibovun AzNews.az-a verdiyi məlumata görə, Vergilər Nazirliyi ilə yanaşı İnterpola da sorğu göndərilib: "Adətən belə hallarda sorğulara dərhal cavab verilir. Ancaq maraqlıdır ki, İnterpolda Hüseyn Abdullayevlə bağlı yer alan xəbərdə cinayət işinin nömrəsi, istintaqı aparan müstəntiqin adı, hansı məhkəmənin qərarı ilə barəsində axtarış elan edilməsi kimi zəruri məlumatlar əskini tapmayıb. Buna görə də əgər sorğumuza cavab verməsə, İnterpolla bağlı da məhkəməyə müraciət etməli olacağıq".

Elnarə
AzNews.az