“EL” Gültəkin Hacıbəyliylə bağlı bəyanat yaydı

"EL" hərəkatı sabiq millət vəkili Gültəkin Hacıbəyli ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Bu gün Nəsimi rayon məhkəməsi sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin övladının qəyyumluq işi ilə bağlı qərar qəbul edib. Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətov Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq, atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb.

"El" hərəkatı sabiq millət vəkili Gültəkin Hacıbəyli ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarı qətiyyətlə pisləyir və qarşıdakı məhkəmə instansiyalarında çıxarılacaq qanunun ədalətinə inanır.

Hərəkat bəyan edir ki, hakimiyyət opponentlərinə qarşı bu cür yolverilməz üsullardan çəkinməlidir. "EL" Gültəkin Hacıbəyliyə qarşı çıxarılan qərar sifariş xarakteri daşıyır və arxasında siyasi motivlər dayanır".

Bahar Rüstəmli
AzNews.az