Milli Məclisin sədri Xorvatiyaya səfər edəcək

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Xorvatiyaya səfər edəcək. APA-nın məlumatına görə, Bakıda səfərdə olan Xorvatiya parlamentinin spikeri İosip Leko bu gün O. Əsədovla keçirdiyi görüşdə azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət qəbul olunub.

Görüşdə eyni zamanda ikitərəfli münasibətlər, ticari əlaqələr və eyni zamanda Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Xorvatiya parlamentinin sədri bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib.

AzNews.az