- İşin içi
- 15:21
- 1 891
I rübdə bank əmanətçilərinin depozit gəlirləri 350 mln. manatı ötüb
Bu ilin yanvar–mart aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər üzrə 357,1 milyon manat faiz ödəyiblər.
Aznews.az xəbər verir ki, cari ilin aprel ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) 37 milyard 568.4 milyon manat təşkil edib.
Xatırladaq ki, I rübdə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 1 milyard 342.1 milyon manat faiz gəliri əldə edib.