- Köhnə - Cəmiyyət
- 23 İyul 2013 12:32
- 3 127
Zakir Qaralov Sabir Rüstəmxanlının müraciətini cavabladı
AzNews.az-a daxil olan məlumata görə, baş prokurorun birinci müavini Rüstəm Usubovun imzası ilə göndərilən cavab məktubunda bildirilib ki, Zaur Qurbanlının uzun müddət irsi talassemiya və böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkdiyi, istintaq təcridxanasında saxlanılmasının xəstəliyinə mənfi təsir etdiyi və onun həbsdə saxlanılmasının qeyri-mümkünlüyü barədə S.Rüstəmxanlının müraciətini aydınlaşdırmaq üçün məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın icrası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılıb.
Ekspertizanın nəticələrindən asılı olaraq, Zaur Qurbanlının barəsində həbs qətimkan tədbirinin qüvvədə qalıb-qalmayacağı və S.Rüstəmxanlının şəxsi zaminliyinə verilməsi imkanları nəzərdən keçiriləcək.
Anar