- Köhnə - Cəmiyyət
- 24 İyul 2013 10:24
- 5 768
Prezident iki yaşlı İmranın müalicəsini nəzarətə götürdü
AzNews.az-ın məlumatına görə, bu barədə İ.Cəfərzadənin qohumları deyib. Məlumata görə, 2 yaşlı uşağın müalicə xərclərini dövlət dövlət ödəyəcək. Körpənin vəziyyəti ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətinə götürülüb.
Bununla bağlı artıq uşağın ailəsi ilə əlaqə saxlanılıb, xəstəxanada uşağa baş çəkilib. Prezident Administrasiyası və Səhiyyə Nazirliyinin nümayəndələrinin 2 yaşlı İmranın müalicə olunduğu xəstəxanaya getdiyi bildirilir.
Elnur
AzNews.az