Kreml: “Bütün region atəş altındadır, vəziyyət getdikcə gərginləşir”

İran müharibəsinin 38-ci günündə sülh istiqamətində hələ də konkret addımlar atılmayıb.

Bununla belə, bir sıra ölkələr gərginliyi azaltmaq üçün diplomatik təşəbbüslərini davam etdirir. Bu istiqamətdə fəallıq göstərən əsas ölkələrdən biri də Rusiyadır.

Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən, ABŞ Prezidenti Donald Trampın İranın enerji obyektləri və körpülərinə zərbə endiriləcəyi ilə bağlı açıqlamalarına da münasibət bildirib.

Peskov qeyd edib ki, bu bəyanatlardan xəbərdardırlar, lakin Kremlin məsələ ilə bağlı birbaşa şərh verməməyi üstün tutur.

O, bölgədə gərginliyin sürətlə artdığını vurğulayaraq bildirib:

“Görürük ki, regionda gərginlik yüksəlib və artmaqda davam edir. Əslində bütün region atəş altındadır. Bunlar İrana qarşı başladılan aqressiyanın son dərəcə təhlükəli nəticələridir.”

Kremlin rəsmisi əlavə edib ki, münaqişənin coğrafiyası genişlənir və bunun nəticələri yalnız region üçün deyil, qlobal iqtisadiyyat üçün də ciddi mənfi təsirlər yaradacaq.

Mövsüm,

AzNews.az