Sözün yayı və oxu

Nigeriya depressiyaya daha çox uğramış ölkə hesab olunur. Bununla belə, əhali sürətlə çoxalır. Deməli, kədər və sabaha ümidsizlik demoqrafik artım doğurur!

Rusiyada hesab edirlər ki, Qərb dövlətləri öz vətəndaşlarına daha çox qayğı göstərdiyindən avropalıların həyat davamlılığı və çətinliklər qarşısındakı mənəvi immuniteti çox aşağıdır. Amma yumruqla idarə olunan ruslar az qala iki dünya müharibəsindən qalib çıxıblar. Möhkəm millət belə olar!

Rus kişisi qadınından dəfələrlə artıq alkoqol və narkotika qəbul etməsinə baxmayaraq,əkcinsindən daha uzunömürlüdür.Rus xanımlarının xoşbəxtliyini başqa millətlərdə axtarmasının səbəblərindən biri də budur!

Qərb Kütləvi İnformasiya Vasitələri Mursi tərəfdarlarının bir milyonluq mitinqini göstərməməklə fildən necə milçək düzəldildiyini dünya insanına öyrətmiş olurlar!

Əfqanıstan bəşəriyyətin əczaxana plantasiyasıdır!Dünya narkologiyası buna görə əfqanlara borcunu Panaqavk raketləri ilə ödəyir!

Üzünü qanla yuyana dəsmal gərək olmur!

Başqasına qarşı zorakılıq "cinayət", özünə qarşı qəsd isə "yaradıcılıq" adlanır!

"Siam əkizləri" daim ayrılmağa cəhd edir. Çünki eyni bədən, ayrı ürəkdilər. Sevənlər isə cərrahiyyə yolu ilə "siam əkizi"nə çevrilmək istərdilər. Çünki iki bədən, bir ürəkdilər!

AzNews.az