Azad Rəhimov vətəndaşları qəbul etdi - FOTO

Gənclər və idman naziri Azad Rəhimov 5 iyul 2013-cü il tarixdə Qəbələ şəhərində vətəndaşları qəbul edib.

Nazirlikdən AzNews.az-a verilən məlumatına görə, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak ediblər.

Qeyd edilən şəhər və rayonlardan ümumilikdə 40 vətəndaş qəbula qatılıb.

Müraciət edən vətəndaşlardan ən çoxu güzəştli ipoteka krediti almaq və idman sahəsində fəxri ad almaq üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər.

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin araşdırılması, vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

AzNews.az