QMİ: Yeni ay Azərbaycanda hələlik müşahidə olunmur

Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı avqustun 9-u səhər saat 09.00-da qılınacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan ərazisində bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da Təzə Pir Məscidində qılınacaq.

İdarədən bildirilib ki, yeni Ay Azərbaycan ərazisində hələlik müşahidə olunmadığından Ramazan ayının sabah başa çatacağı gözlənilir.

Qeyd edək ki, dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı bu gün qeyd edilir.

AzNews.az