- Köhnə - Cəmiyyət
- 15 Avqust 2013 12:22
- 11 564
Yol polisi rüşvət alarkən yaxalandı – VİDEO - Eksklüziv
Görüntüdə sürücünün yanında əyləşən sərnişinə yaxınlaşıb, onunla sözün hər iki mənasında görüşən polis əməkdaşı isə Xaçmaz rayon DYP-nin inspektoru Cahangir Əliyevdir. Video görünür ki, "Tayota Prado" markalı avtomobili saxlayan inspektor sürücüyə deyil, onun yanındakı sərnişinə yaxınlaşır. Əvvəlcə onlarla görüşür, daha sonra sürücü əlinin içərisində Cahangir Əliyevə nəsə verir.
Qeyd edək ki, inspektor rüşvətdən əlavə, ilk növbədə Yol Polisi haqqında nizamnamənin tələblərini pozub. Çünki yol polisi avtomobili saxladıqdan sonra, sürücüyə yaxınlaşmalı və özünü təqdim etməlidir. Burada isə Cahangir Əliyev sürücüyə deyil, sərnişinə yaxınlaşır və polisə uyğun olmayan tərzdə salamlaşır. Digər tərəfdən, onlardan heç bir sənəd tələb etmir.
DYP əməkdaşının bu görüntüləri ilə bağlı qurumun şöbə rəisi Kamran Əliyevlə əlaqə saxlasaq da, o, məsələyə münasibət bildirməkdən imtina edib.
Azər
AzNews.az