“İsa Hüseynovun səhhətində irəliləyiş yoxdur” – Həyat yoldaşı

"İsa Hüseynovun səhhətində hələ heç bir irəliləyiş yoxdur".

Bunu AzNews.az-a Azərbaycanın xalq yazıçısı İsa Hüseynovun həyat yoldaşı Firuzə Hüseynova deyib. Onun sözlərinə görə, yazıçının səhhətinin qaydasına düşməsi üçün həkimlər əllərindən gələni edir: "İsa Hüseynovun səhhəti ilə bağlı dəqiq bir söz deyə bilmərik. Ancaq müalicə yaxşı gedir, həkimlər əllərindən gələni edir".

Qeyd edək ki, İsa Hüseynovun səhhətində problemlərin yaranması barədə avqustun 28-də məlumat yayılmışdı.

Yazıçının xanımı Firuzə Hüseynovanın yazıçının böyrəklərində problem yarandığını, ürək çatışmazlığının olmasını bildirmişdi.

Bahar Rüstəmli
AzNews.az