- Fanat
- 19:07
- 1 180
Premyer Liqa: XX turun bağlanış oyununda lider "Sabah" qələbə qazanıb
Misli Premyer Liqasının XX turunda lider "Sabah" səfərdə "Qəbələ"ni məğlub edib.
Aznews.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar.
"Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib.
Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan "Qəbələ" isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Şamaxı" - "Turan Tovuz" matçında isə qapılara qol vurulmayıb.