Namizədlərin efir vaxtı üstündə dava düşdü

Bu gün Mərkəzi Seçki Komissiyanın növbəti iclası keçirilib. Komissiya üzvləri ilə İctimai Televiziyada namizədlərə ayrılan pulsuz efir vaxtı müzakirə edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, İctimai Televiziya rəhbərliyi ilə razılığa gəlinib ki, 6 saat vaxt ayrılsın. "Ödənişsiz efir vaxtı üçün 3 saat televiziya, 3 saat isə radioya ayrılıb. Dəyirmi masalar saat 7-də televiziyada, 9-da isə radioada olacaq. Həftənin tək günləri radioda, cüt günləri isə televiziyada dəyirmi masalar keçiriləcək"

Milli Şuranın səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı bildirib ki, efir vaxtı çox azdır:

"Referendum vaxtı İctimai Televiziya bildirdi ki, buna əvvəldən hazır deyildi. İndi isə seçkiləin olması əvvəldən hazırlanmalı idi. 6 dəqiqə Qarabağ münaqişəsindən danışan namizədə bu vaxt bəs edəcəkmi? İnsanlar daha çox axşamlar televizayaya baxırlar. Amma saat 7-də insanlar evə gəlib çıxa bilmirlər. Tıxacdamı baxacaqlar".

MSK üzvi Akif Qurbanov namizədlər üçün dəyirmi masaların saatının 7-də olmasına etiraz edib. O bildirib ki, bu vaxtlar insanlar televiyaya baxmırlar. O təklif edib ki, efirin ən baxımlı saatın zamanı keçirilsin.

Məzahir Pənahov bildirib ki, saat 9-dan sonra rayonlarda insanlar yatır.

İctimai Televiziyanın iclasda iştirak edən səlahiyyətli nümayəndəsi isə bildirib ki, axşam 7-də telekanalın özünün ən baxımlı verilişləri olan "Açıq dərs", "Ortaq məxrəc" və s. efirdə olur. Bu verilişlər də ən çox baxılan verilişlərdir.(qafqazinfo)

AzNews.az