Pərviz Həşimlinin vəkili bəlli oldu

Dünən həbs edilən Moderator.az saytının baş redaktoru, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimlinin ailəsi bu gün vəkil Elçin Sadıqovla müqavilə bağlayacaq. AzNews.az xəbər verir ki, məlumatı musavat.com-a Elçin Sadıqov verib. Onun sözlərinə görə, günorta orderi aldıqdan sonra MTN-ə gedəcək və təcridxanada Pərviz Həşimli ilə görüşəcək.

AzNews.az