- Köhnə - Cəmiyyət
- 1 Oktyabr 2013 13:50
- 13 311
“Azərbaycan himni qadın səsi üçün yazılıb“- Qalmaqal
Gülbacı İmanova bildirib ki, bunun xorda qadın və kişilərin çox olması ilə heç bir əlaqəsi yoxdur. Sadəcə himnin notları elə yazılıb ki, burada daha çox qadınlara yer verilir.
"Əgər kişi səslərinin eşidilməsini istəyirlərsə o zaman bəstəkarlarımız bunu xor üçün elə yazısnlar ki, burada balans qorunsun"-deyə bədii rəhbər vurğulayıb.
Bəstəkarlar İttifaqının məsul katibi, musiqişunas Lalə Hüseynova isə bildirib ki, himnin yenidən səsləndirilməsi hər zaman mümkündür. "Bu təcrübə hər yerdə var və himnin səsləndirilməsi yenidən aparıla bilər. Himnimizi müxtəlif cür oxuyurlar, onu müxtəlif ifaçılar ifa edirlər. Burada heç bir problem yoxdur".
Qadın səslərinin daha çox eşidilməsinə toxunan L.Hüseynova deyib ki, himnin bir yerində səs bir qədər yüksəkdədir. "Görünür onu oxuyanda qadınların səsi daha yüksək çıxır. Bunlar texniki problemlərdir və öz həllini tapa bilər. Himnin yenidən səsləndirilməsini təşkil etmək olar və bu zaman bu qeydləri də nəzərə almaq olar".
Qeyd edək ki, Milli Məclisin dünənki plenar iclasında deputat Sabir Rüstəmxanlı Azərbaycanın dövlət himnin səs yazısında qadın səslərinin daha çox nəzərə çarpması ilə bağlı öz iradlarını bildirib. Deputat himnin yeni ifasını yazdırmağı təklif edib.