Əli İnsanov bir gündə 2 məhkəməyə gətiriləcək

Keçmiş səhiyyə naziri Əli İnsanov Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova qarşı iddiası üzrə məhkəmə prosesi təxirə salınıb.

Bu barədə məlumatı AzNews.az-a Əli İnsanovun vəkili Toğrul Babayev verib.

1 saylı İnzibati İqtisad Məhkəməsində oktyabrın 1-də keçirilən məhkəmə iclasının təxirə salınmasına səbəb Ç.Əsgərovun nümayəndəsinin məhkəməyə gəlməməsi olub. Növbəti məhkəmə prosesi oktyabrın 17-ə təyin edilib.

Qeyd edk ki, Ə.İnsanov Çingiz Əsgərovu Avropa Məhkəməsinin qərarlarını icra etməməkdə günahlandırır.

Beləliklə də oktyabrın 17-də Əli İnsanovun iddiası üzrə iki məhkəmə iclası keçiriləcək. Həmin gün keçiriləcək növbəti məhkəmə prosesində Əli İnsanovun Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı iddiasına baxılacaq.

Elnarə
AzNews.az