Metroda 1 saatda 38 min sərnişin daşınır - Statistika

Hazırda Bakı Metropolitenində günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min sərnişin daşınır

Bu barədə cümə axşamı Trend-ə Bakı Metropolitenindən bildiriblər.

Aparılmış araşdırmalara əsasən, müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər. Bu proqnozlar Bakı əhalisinin illik artım tempinin 2,5 faiz götürülməsi əsasında edilib.

Metropolitendən deyiblər ki, təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadrat metrində 6 sərnişin daşınmalıdır.

İndi Bakı Metropoliteni vaqonlarında günün gur saatlarında 1 kvadratmetrdə 8-10 sərnişin daşınır ki, bu da təhlükəsizlik tələblərinə cavab vermir.

AzNews.az