“Mətbuat Şurasına cəmi bir müraciət daxil olub“

Mətbuat Şurasında (MŞ) 9 oktyabr prezident seçkisi ilə əlaqədar yaradılmış "qaynar xətt"ə prosesi işıqlandıran jurnalistlər tərəfindən gün ərzində cəmi 1 müraciət daxil olub. Bunu Şuranın sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov deyib ki, müraciət texniki xarakterli olub və yerindəcə həll edilib.

Onun sözlərinə görə, MŞ İdarə Heyətinin üzvləri məntəqələri gəzir və vəziyyətlə yerindəcə tanış olurlar.

MŞ sədri, xüsusilə media nümayəndələri üçün yaradılan şəraitlə tanış olduqlarını bildirib: "Mətbuat Şurasının müxtəlif yerlərdə seçkini izləyən monitorinq qrupunun üzvləri də media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar".

AzNews.az