Parlament işdən çıxarılan hakimlərlə bağlı təqdimata baxdı

Milli Məclis işdən azad edilən məhkəmə hakimləri ilə bağlı qərarı təsdiqləyib.

AzNews.az-ın məlumatına görə, bu gün keçirilən iclasda Bakı, Gəncə və Şirvan şəhər apelyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılaraq, səsə qoyulub.

Təqdimat səs çoxluğu ilə qəbul olunub. Qərara əsasən Bakı Apelyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlunun, Gəncə Apelyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun və Şirvan Apelyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlunun tutduqları vəzifələrindən azad edilməsi ilə bağlı dövlət başçısının təqdimatı öz təsdiqini tapıb.

AzNews.az