“Azərenerji” qış mövsümünə hazırdır



Qış mövsümündə əhalinin elektrik enerjisi ilə təminatında heç bir problem yaranmayacaq.

"Azərenerji" ASC-dən AzNews.az-a verilən məlumata görə, elektrik verilişində fasilələrin olmaması, elektrik stansiyalarında şərti yanacaq sərfinin azaldılması, elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində xeyli iş görülüb. Hazırda elektroenergetika sisteminin qoyuluş güclərinin həcmi 6 min meqavata çatdırılıb. Gələn ay isə ölkənin elektroenergetika sahəsinin ən mühüm infrastruktur obyektlərindən sayılan 520 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara buraxılacaq. Regionlarda tikilmiş modul tipli elektrik stansiyaları bölgələrin elektrik enerjisi ilə tam təminatına imkan yaradır.

Məlumatda o da qeyd olunub ki, elektrik enerjisinin verilişində problemlərin aradan qaldırılmasında yığımın səviyyəsinin artması da müsbət rol oynayır. Hazırda əhali qrupundan olan abunəçilərlə bu sahədə heç bir problem yoxdur. Regionlar üzrə yığım səviyyəsi 90 faizə çatıb.

Ruhiyyə
AzNews.az