- Köhnə - Cəmiyyət
- 30 Oktyabr 2013 16:00
- 1 889
Azərbaycanda pensiya ödənişləri artacaq
E.Mehdiyev qeyd edib ki, Fondun 2014-cü ildəki gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır: "Gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir".
DSMF-nin sədr müavini bildirib ki, gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 milyon manat təşkil edəcək.
E.Mehdiyev deyib ki, Fondun xərcləri gələn il üçün 2 milyard 928,5 milyon manat proqnozlaşdırılır: "Bu, 2013-cü ilin proqnozuna nisbətən 295,8 milyon manat və ya 11,2 faiz çoxdur. Əhaliyə ödənişlər 2 milyard 861,8 milyon manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri isə əhaliyə ödənişlərin 97,4 faizini təşkil edəcək. Pensiya ödənişlərinə 2 milyard 788,6 milyon manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5 faiz və ya 288,3 milyon manat artım deməkdir".
AzNews.az