- İşin içi
- 16:06
- 1 805
Ötən ay Azərbaycan 3 milyon tona yaxın neft ixrac edib
Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Aznews.az xəbər verir ki, Azərbaycandan ixrac edilən xam neftin dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar ayı ilə müqayisədə 23,6 %, dəyəri isə 34,9 % azdır.
Ötən ay Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 55,37 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.